Azərbaycan İdeyası

ŞƏHƏRDƏ VƏ İCTİMAİ NƏQLİYYATDA QIŞQIRAN GƏNC NARAHATLIĞA SƏBƏB OLDU

Tarix:14-10-2023, 21:48
Baxış Sayı:4

 

Son günlərdə bir gəncin sosial şəbəkələrdə paylaşılan videoları müzakirələrə və tənqidlərə səbəb olub. 

Son günlərdə bir gəncin sosial şəbəkələrdə paylaşılan videoları müzakirələrə və tənqidlərə səbəb olub. Qeyd edək ki, videoları paylaşılan gəncin şəhərdə və ya ictimai nəqliyyat vasitələrində insanlara yaxınlaşaraq "funny prank" hazırlamaq cəhdi əks olunur.  


Lakin bir şeyi yaddan çıxarmamaq lazımdır ki, xarici ölkələrdə sosial şəbəkələrdə paylaşılan bu və bu tip videolardan fərqli olaraq, Bakıdakı gəncin cəhdləri heç də xoş qarşılanmayıb. 


Gəncin videoları sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilir, hətta rəylərdə təhqiramiz ifadələr işlədilməsinə səbəb olur. 


Məsələnin əvvəlinə geri qayıtsaq, gəncin şəhərdə və ictimai nəqliyyat vasitələrindəki cəhdlərinə yenidən göz atmış olarıq. Belə ki, videolardan birində gəncin metro qatarında qəfil ayağa qalxaraq ucadan qışqırdığı əks olunur. Onun bu, hərəkəti qatardaki digər sərnişinlərin narahatlığına səbəb olub. 


İctimai yerlərdə etika qaydalarına riayət etməyib, ətrafdakı insanların narahatlığına səbəb olan gəncin hörmətsizlik göstərməyi ilə bağlı isə heç bir tədbir görülməyib. 


İnsanlar bu gənc və bu gənc kimi cəhdlər göstərən gənclərin öz yaşıdlarına pis nümunə olduğunu deyirlər. Eyni zamanda bildirirlər ki, onun yaxınları, ailə üzvləri, ya da aidiyyəti qurumlar bu gənclə profilaktik söhbət apararaq ona cəhdlərinin səhv olduğunu izah etməlidirlər. 


Haqqında müvafiq qurumlara heç bir şikayət olmadığı üçün həmin gənc ictimai yerlərdə bu kimi davranışlarını davam etdirir. Bəs qanunlar bu haqda nə deyir? Şikayət yoxdursa, bu və bənzər davranışlara yol verən şəxs və ya şəxslər barəsində heç bir tədbir görülməməlidir?

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO