Azərbaycan İdeyası

Bakı, Naxçıvan və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və meditasiya xidmətləri göstəriləcək

Tarix:5-10-2023, 12:19
Baxış Sayı:3

 

Vəkillər Kollegiyası Mediasiya Şurası ilə birgə "Heydər Əliyev İli" ilə əlaqədar Bakı, Naxçıvan və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və meditasiya xidmətləri göstərəcək.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur. Tədbir oktyabrın 10-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Eyni zamanda oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu tərəfindən Naxçıvan və Gəncədə Vəkillər Kollegiyasının inzibati binasında ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO