Təhsil - Azərbaycan İdeyası

BAAU-nun təşkilatçılığı ilə Lerikdə iki beynəlxalq konfrans keçirildi - Fotolar
Lerikdə Bəxtiyar Vahabzadəyə həsr olunmuş VI “Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat” Beynəlxalq Konfransı və “Azərbaycanda Davamlı İnkişaf üçün Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi” II Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçirilib.

“Aİ” xəbər verir ki, konfranslar Bakı Avrasiya Universiteti (BAAU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

16-17 avqust tarixlərində Lerikdə təşkil olunan tədbirin açılış mərasimində konfransın təşkilat komitəsinin sədri Bakı Avrasiya Universitetnin elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova, Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun Azərbaycan təmsilçisi f.ü.f.d. Elvan Cəfərov çıxış ediblər. Çıxışlarda konfransın məqsədindən və əhəmiyyətindən danışılıb.

Panel iclaslarda 70 -ə yaxın konfrans iştirakçısının məruzəsi dinlənilib, geniş heyətli canlı müzakirələr aparılıb.

Konfrans çərçivəsində fasilələr zamanı iştirakçılar Lerik rayonuun təbiəti, tarixi yerləri, memarlıq abidələri və Lerik tarixi muzeyi ilə tanış olublar.

3 nömrəli Respublika xüsusi internatı ilə bağlı paylaşılan yalanlar üzə çıxdı - VİDEO
Son vaxtlar sosial şəbəkələrdə Sağlamlıq İmkanları Məhdudlaşdırılan uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi haqqında bir-birinin ardınca paylaşılanlar bizim də diqqətimizi çəkdi. Vəziyyətlə yaxından tanış olmaq üçün əslən Qərbi Azərbaycandan olan əməkdaşımızı araşdırma aparmaq üçün göndərdik adı çəkilən məktəbə.

Uzun müddətli, ətraflı araşdırmalardan sonra həmin məktəbdə vəziyyətin paylaşılanların tamamilə əksinə olduğu nəticəsinə gəldik. Məktəbə yeni təyin olunmuş direktor Tariyel Əkbərovun rəhbərlik etdiyi müddətdə orada yaşayan və təhsil alan şagirdlərin həyatında əsaslı dəyişikliklər başlayıb.

Qidalanmadan, təhsilə kimi baş verən müsbət istiqamətli dəyişiklikləri görməmək mümkün deyil.

Eşitdiyimiz çoxsaylı məlumatlara görə vaxtilə həftədə bir həftə işə gəlib 1-2 saat orada çay içib, kiçik həcmli al-ver edib evinə gedən, ayın axırında 30-32 saat dərsin pulunu alan, lakin şagirdlərin üzünü belə görməyən bir qrup müəllimlər də ciddi şəkildə işə cəlb olunublar.

Bu da bir qrup "müəllimlər"də bir sıra narazılıqlara səbəb olub. Hansı ki, şagirdlərə dərs keçmək əvəzinə bütün günlərini telefonlarıyla kimlərinsə şəklini, videosunu çəkən, kimlərinsə həyatına müdaxilə edən bu "müəllimlər" yalan-yanlış məlumatları sosial şəbəkələrə ötürürlər.

Kollektivin böyük bir hissəsi əslən Qərbi Azərbaycandan olan müəllimlərdir, bu müəllimlərin hər birinə hər zaman çox böyük diqətlə, qayğıyla yanaşılıb. Digər bölgələrdən olan müəllimlərlə heç bir ayrı-seçkilik, heç bir fərq qoyulmayıb. Məktəbin adını hallandıraraq gündəmə gətirən Könül Səmədli öz düşüncəsinin məhsulu olaraq Qərbi Azərbaycan mövzusunu yaratdı ki, kollektiv arasında ikitirəlik, qarşıdurma yaşansın. Bu isə sadəcə adı çəkilən şəxsin düşüncəsinin ortaya çıxardığı bir şeydir. Sözügedən məktəb kollektivinin bütün üzvləri də bunu təsdiqləyir.

Qeyd edək ki, həmin məktəbin direktoru Tariyel Əkbərov, Təhsil nazirinin əmri ilə direktor təyin olunub. Uzun illər böyük bir rayonun təhsil şöbəsinin müdiri işləmiş, dərin təcrübəyə malik Tariyel Əkbərov rüşvət almır, kiminsə haqqını yemir, qanuna zidd bir addım belə atmır, dövlətçiliyimizin inkişafı üçün əlindən gələni edir.

Ancaq bir sıra hansı ki, artıq qrup adlandıra biləcəyimiz dırnaqarası müəllimlər, gah istirahət vaxtı əsassız şəkildə rəhbərliyi izləyir, hara getdiklərinin videosunu çəkir, sosial şəbəkələrdə paylaşacaqları ilə şantaj edir, gah da kiminsə şərəf və ləyaqətini alçaldan ifadələrlə ailəlikcə sosial şəbəkələrdə paylaşır.

Bir ailənin ağsaqqallı öz gəlininin, nəvəsinin yanında ağır təhqiramiz ifadələr işlədirsə o ailədə hansı tərbiyədən danışmaq olar axı?

Bir neçə il öncə telekanallardaki verilişlərin birində həmin qayınatanın bu gəlinindən şikayət etdiyini, həbelə canlı yayım zamanı o gəlinin də necə nalayiq, təhqiramiz bir azərbaycanlı xanımına yaraşmayan ifadələrlə bu məhşur qaynatanı söydüyünə şahid olmuşdu izləyənlər.

Bütün bunlar azmış kimi eşitmə və nitq məhdudiyyəti olan bir uşağı döyüb, xəsarət yetirən bir müəllimin hərbi geyimli qardaşı ilə direktora hücum edib, öz rütbəsindən və vəzifəsindən sui-istifadə edərək direktoru təhtid etmişdir.

Bu müəllimlərlə çalışmağın nə qədər çətin olduğu açıq-aydındır. Məktəbdə işləyən bütün müəllimlər artıq bu insanlarla çalışmağın mümkün olmadığını, onların işinə mənfi təsir etdiyini və sosial şəbəkələrdə paylaşılanların ailələrində ciddi narazılıqlara səbəb olduğunu söyləyirlər.

Ümidvarıq ki, aidiyyatı qurumlar bu dırnaqarası müəllimlər haqqında tədbir görəcək. Biz bu məktəbin direktoruna və kollektivinə səbir və işlərində uğurlar arzu edirik.

Bakı Şəhər Təhsil İdarəsinə yeni müdir təyin olundu - VİDEO
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə edilib.

“Azərbaycan İdeyası” Nərminə Hüseynovanın dosyesini təqdim edir:

Məlumat üçün bildirək ki, Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

O, 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində fəaliyyət göstərib.

2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.

Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb.

Nəzərinizə çatdıraq ki, BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva 4 oktyabr 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini təyin edilib.

"Qarabağ Universiteti"-nin yaradılması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı
Prezident İlham Əliyev "Qarabağ Universiteti"-nin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə qərara alıram:

1. Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.2. Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.1.3. Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Qeyd edək ki, universitetin gələn ildən etibarən tələbələrin qəbuluna başlayacağı planlaşdılır.

Bu gündən bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqəyə başlanılır
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Bu barədə "Report"a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd olunub ki, elektron sənəd qəbulu mərhələsi oktyabrın 5-dən 12-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 5-i saat 11:00-dan oktyabrın 12-si saat 11:00-dək www.miq.edu.az-a daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Elm və təhsil naziri müəllimləri təbrik edib
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib.

“Report”un məlumatına görə, təbrikdə deyilir:

“Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində əməyiniz danılmazdır. Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, gördüyünüz şərəfli işdə yeni nailiyyətlər arzulayıram”, - təbrikdə deyilir.

Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, müvafiq əmrlə Turxan Süleyman Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, şöbə müdiri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

O, həmçinin "Yüksəliş" müsabiqəsinin qalibidir.

Məlumat üçün bildirək ki, bundan əvvəl həmin vəzifənin icrası Yaqub Piriyevə həvalə olunmuşdu. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib.