Azərbaycan İdeyası

Qırğızıstanda yüksək vəzifəli dövlət xadiminə sui-qəsd etməyə çalışan 5 azərbaycanlı saxlanılıb - VİDEO

Tarix:24-03-2024, 12:00
Baxış Sayı:12

 

Qırğızıstanda dövlət xadiminə qarşı cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib.

“Aİ” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər