Ermənistanda yaşayış məntəqələrinin adı Azərbaycan dilində yazıldı.
Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana geri qaytarılmasına etiraz edənlərin aksiyası bu dəfə fərqli olub.
"Aİ" xəbər verir ki, Ermənistanda bəzi yaşayış məntəqələrinin adlarının yazıldığı lövhələrin altında üzərində erməni və Azərbaycan dilində sözlər yazılmış kiçik lövhələr yerləşdirilib.
Lövhələrdə "Əgər sən Nikola dəstək olsan, mən çevrilib olacağam Ellər/İrəvan/Qəmərli." yazılarıyla əhaliyə çağırış edilib.
Həmçinin lövhənin 1-də qeyd olunub, "Sən Paşinyanın yanında olsan, mən Yerevan dönüb olacam İrəvan".