Azərbaycan İdeyası

Bakıda vətəndaş YPX-nin sürücüyə qarşı davranışından şikayətçidir

Tarix:15-08-2025, 16:00
Baxış Sayı:38

 

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan bir vətəndaş, 13 avqust saat 22:33 radələrində baş verən hadisə ilə bağlı Yol Patrul Xidmətindən (YPX) kobud davranış gördüyünü iddia edir. Onun sözlərinə görə, avtomobilini qonşusu idarə edərkən YPX əməkdaşları səbəbsiz yerə maşına hücum ediblər.
Şikayətçi bildirib ki, həmin gün Moskvadan gələn qonağı ilə birlikdə kafelərin birində spirtli içki qəbul etdiyinə görə avtomobili özü idarə etməyib. O, qonşusundan kömək istəyərək ayıq sürücü kimi maşını idarə etməsini xahiş edib. Qonşusu sükan arxasına keçdikdən təxminən 150 metr sonra qarşıdan gələn 344 nömrəli YPX avtomobili geriyə dönərək onların arxasınca gəlib.

“Qonağım Moskvadan gəlmişdi, içki içdiyim üçün maşını idarə etmədim. Qonşum sükan arxasında idi. Birdən YPX maşını çevrilib arxamızca gəldi. Mən ‘bizi içkili bilib satıblar, sür getsin’ dedim, amma qonşum ‘yox, saxlayaq görək nə deyir’ dedi. Saxladıq, birdən iki YPX əməkdaşı maşına cumub ‘bəsdi artistlik etməyin, bura yaxınlaşın, sənədləri verin’ deyə kobud şəkildə davrandılar” – şikayətçi bildirib.

Onun sözlərinə görə, izah etməsinə baxmayaraq ki, avtomobili ayıq sürücü idarə edir, əməkdaşlar sürücünü maşına aparıblar. “Sürücü içkili olmadığı üçün sərbəst buraxdılar. Amma bu münasibət bizi çox narahat etdi. Biz nə erməniyik, nə də terrorçu. Qonağım dedi ki, Moskvada belə davranış görməyib” – deyə vətəndaş əlavə edib.

Vətəndaş məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən müraciətinə cavab verilməsini istəyir.

OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər