Azərbaycan İdeyası

Bakıda qəza törədən sürücü sərnişini döyüb - FOTO

Tarix:21-01-2024, 22:44
Baxış Sayı:2

 

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində zəncirvari qəza hadisəsi zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.

"Azərbaycan İdeyası" APA-ya istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat şosesində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

KIA markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Firuzə Nadir qızı Həsənova xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Polad Məhəmməd oğlu Həsənov bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO