Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
Azərbaycan İdeyası-nın məlumatına görə, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Matç 16:30-da Qəbələ şəhər stadionunda başlayacaq. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb.
Matçın hakimləri: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov