Azərbaycan İdeyası

“Azersky” peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

Tarix:4-10-2023, 12:08
Baxış Sayı:0

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi, missiyasını vaxtından bir il əvvəl başa çatdırmış “Azersky” - Yerin məsafədən müşahidə peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək.

Bunu “Report”a açıqlamasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

“Bu məsələdə 10-dan çox xarici sığorta şirkəti iştirak etdiyi üçün proses uzun çəkir, amma bu ilin sonuna qədər ödəniş olacaq. Məbləğ kommersiya sirri olduğu üçün açıqlanmır”, - deyə o qeyd edib.

S.Əsədov onu da bildirib ki, orbitə buraxılması planlaşdırılan “Azersky-2” peyki əvvəlki peyklə müqayisədə ucuz başa gələcək, həm də daha keyfiyyətli şəkil çəkəcək. Bununla belə, sədr yeni peykin dəyərinin nə qədər olduğunu açıqlamayıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO