Azərbaycan İdeyası

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb

Tarix:4-10-2023, 12:10
Baxış Sayı:7

 

Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində keçirilən anım mərasimi raket hücumuna məruz qalmış ərazidə keçirilib.

Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıb.

Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq güllər düzülüb, dualar edilib.

Bildirilib ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO