Azərbaycan İdeyası

"Quska" ləqəbli deputatın məhkəməsi səhhəti ilə əlaqədar təxirə salındı - VİDEO

Tarix:22-08-2024, 17:30
Baxış Sayı:0

 

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə videoformatda keçirilən məhkəmə iclası onun səhhəti ilə bağlı müayinələrin aparılması və müalicə müəssisəsinə sorğu göndərilməsi üçün təxirə salınıb.


"Aİ" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkili iclasda iştirak edə bilmir.


"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın", - vəkil deyib.


Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib.


Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb.


Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev altı il müddətinə azadlıqdan məhrum edilib.


Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.


Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.


İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış yeddi bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.


 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO