Azərbaycan İdeyası

Bələdiyyənin milyonluq dələduzluq edən keçmiş sədri və bacısı haqqında hökm oxundu -VİDEO

Tarix:5-12-2023, 17:00
Baxış Sayı:2

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Azərbaycan İdeyası" APA-ya istinadən məlumat yayıb ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Aytac Əliyeva və İlknur Turkut son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra isə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.

Qeyd edək ki, dövlət ittihamçısı Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Əliyevanın (Turkut) isə məhkəmə zalında həbs edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Aytac Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində də çalışıb.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO