Azərbaycan İdeyası

Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri ilə görüşüb

Tarix:10-10-2023, 15:34
Baxış Sayı:9

 

Azərbaycanın Baş naziri Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycanla İndoneziya arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vurğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edilib.

Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm faktorlarından biri kimi dəyərləndirib.

Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə beş dəfə artdığını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər ölkələr arasında vətəndaşlara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Memorandumun icrası çərçivəsində İndoneziyada “ASAN xidmət” modeli əsasında Dövlət Xidmətləri mərkəzləri fəaliyyət göstərməkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına “ASAN xidmət” ekspertləri tərəfindən ölkəmizdə müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.

Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO