Azərbaycan İdeyası

Fərid Əhmədov onu rəis təyin etdi - FOTO

Tarix:26-08-2024, 17:30
Baxış Sayı:2

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.


“Aİ”-nin əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.


Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib. O, həmçinin yeni yaradılan Məhkəmə Ekspertizası Şurasının katibi olub.


E.Albəndov bu təyinatadək Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.


Qeyd edək ki, Elşən Albəndov 22 il prokurorluq orqanlarında çalışıb. O, əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının müdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib. 


Onun prokurorluqda sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO