Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
Azərbaycan İdeyasının məlumatına görə, bu barədə bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Xanbabayev Elnur Zabit oğlu Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəis müavini təyin olunub.