Azərbaycan İdeyası

"AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA SÜLH MÜQAVİLƏSİ İMZALANMASI ÜÇÜN HƏR HANSI ƏNGƏL YOXDUR." - VİDEO

Tarix:22-11-2023, 20:30
Baxış Sayı:1

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.

Prezident İlham Əliyev Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Azərbaycanın gözəl bir ölkə olduğunu söyləyən Leo Dokerti səfərindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb.

Nazir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.

Leo Dokerti həmçinin vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, eyni zamanda Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir. Nazir Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı, deyə də fikrini çatdırıb.

Dövlət başçımız iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini vurğulayıb.

Həmçinin ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini deyən Prezident İlham Əliyev BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını da nəzərə çatdırıb.

Prezident İlham Əliyev hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu və bunun region üçün çox gözəl nümunə olduğunu bildirib.

İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından vacibliyinə diqqət çəkib.

Antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

Leo Dokerti də öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO