"Artıq söylədiyim kimi dırnaqarası "Dağlıq Qarabağ" amili daha yoxdur. Onlar bunun sülh sazişində olmamasına razılaşıblar. Bu o,deməkdir ki, əsas maneə artıq mövcud deyil."
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda səsləndirib.
Dövlətimizin başçısı əlavə edib ki, əgər onlar o, qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanma və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik.