Azərbaycan İdeyası

SOCAR “FİNANCİAL TİMES”-IN TƏŞKİLATÇILIĞI İLƏ KEÇİRİLƏN "ENERJİ KEÇİDİ SAMMİTİNDƏ" İŞTİRAK EDİB-FOTO

Tarix:2-11-2023, 17:27
Baxış Sayı:0

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Financial Times"-ın təşkilatçılığı ilə keçirilən "Enerji keçidi Sammiti"-ndə 

Sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.

31 oktyabr - 2 noyabr 2023-cü il tarixlərində London şəhərində “Financial Times” mətbuat orqanının təşkilatçılığı ilə "Enerji keçidi Sammiti" keçirilib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, iri sənaye müəssisələrinin, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə və biznes liderlərini, investorları bir araya gətirən sammit müasir sənayenin yeni enerjiyə keçid siyasətinə uyğunlaşdırılması, enerji effektivliyi, həmçinin enerji təhlükəsizliyi mövzularına həsr olunub.

Sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.

Əfqan İsayev çıxışında tədbir iştirakçılarına SOCAR-ın dekarbonizasiya və enerji keçidi sahəsində fəaliyyəti, həyata keçirilən layihələr, habelə gələcək hədəflər barədə ətraflı məlumat verib.

Çıxışda SOCAR “apstrim” seqmentində birbaşa emissiyaları minimum səviyyəyə endirməyə nail olunduğu qeyd edilib. Bu təcrübənin digər seqmentlərdə də emissiyaların azaldılması üçün aşağı karbonlu biznes modelləri və strategiyaların hazırlanmasına imkan verəcəyi diqqətə çatdırılıb.

Panel müzakirələr zamanı, həmçinin SOCAR-ın yaşıl enerjiyə keçid proqramı çərçivəsində “Masdar”, "BP", “ACWA Power” və digər şirkətlər ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Financial Times"-ın təşkilatçılığı ilə keçirilən "Enerji keçidi Sammiti"-ndə 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO