Azərbaycan İdeyası

XOCALI RAYONUNUN MEŞƏLİ KƏNDİNDƏ SOYQIRIM TÖRƏTMƏKDƏ İTTİHAM OLUNAN XAÇATRYAN HAKİM QARŞISINA ÇIXARILIB.

Tarix:13-10-2023, 16:47
Baxış Sayı:15

 

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç 32 ildən sonra hakim qarşısına çıxarılıb. 


Bu prosesə Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edib. İş üzrə dövlət ittihamının müdafiəsi Baş prokurorun köməkçisi, üçüncü dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov və ittiham idarəsinin prokuroru Cövdət Mehrəliyevə həvalə olunub. 


Eyni zamanda prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak etmişdir. 


Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları konkretləşdirilərkən bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub. 


Hakim Zeynal Ağayev təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulan hüquqlarını elan edib. Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib. 


Vaqif Xaçatryan və vəkili indiki mərhələdə hər hansı tələblərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər. 

Bildirək ki, təqsirləndirilən şəxs Vaqif Çerkezoviç Xaçatryan vəkil və tərcüməçi ilə təmin edilib. 


Qeyd olunan əməllərə görə, Xaçatryana qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə - əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. 


Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. 


Məhkəmə prokurorun vəsatətini təmin edib. Qərara əsasən iş baxışa verilib. Növbəti iclasın tarixi oktyabrın 17-ə təyin edilib. 


Eyni zamanda Vaqif Xaçatryan  Xocalı soyqırımı zamanında işgəncə verdiyi şəxslə də məhkəmədə üzləşib. İşgəncə verdiyi şəxs məhkəmə zamanı Xaçatryana xitab olaraq: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, - deyib. 


Xaçatryan ona diqqətlə baxıb, lakin heç bir cavab verməyib.

OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər