Ölkəyə TIR-la heroin keçirməyə çalışan TIR sürücüsü saxlanılıb.
DİN-dən "Azərbaycan İdeyası"-na verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.
Həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib.
Altay Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.