Azərbaycan İdeyası

Ölkəyə qanunsuz yollarla keçirilən narkotiklərin 3 əsas Azərbaycan tədarükçüsü saxlanılıb - VİDEO

Tarix:28-02-2024, 18:30
Baxış Sayı:2

 

Narkotiklərin satışı ilə məşğul olduqları üçün BMCMİ tərəfindən saxlanılan 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb. Onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO