Azərbaycan İdeyası

DİN silahlı 19 nəfəri ələ keçirdi - VİDEO

Tarix:27-02-2024, 19:30
Baxış Sayı:10

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib. 19 nəfər saxlanılıb.

DİN-dən Azərbaycan İdeyasına verilən məlumata görə, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


[media=https://vt.tiktok.com/ZSFBB8yt8/]

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO