Azərbaycan İdeyası

PAYTAXTDA "MAKAROV" MARKALI TAPANÇA SATMAQ İSTƏYƏN ŞƏXS SAXLANILIB - VİDEO

Tarix:7-11-2023, 18:30
Baxış Sayı:2

 

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib.

Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. Seymur Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 


Faktla bağlı Polis Şöbəsində arşadırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO