Azərbaycan İdeyası

Evlərdən antik əşyaları oğurlayan şəxs saxlanıldı -VİDEO

Tarix:4-04-2024, 20:00
Baxış Sayı:5

 

DİN Səbail RPİ-nin əməkdaşları antik əşyaları oğurlayan şəxsləri lə keçirib.

Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.

Səbail RPİ 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.

Toğrul Abbaslı və Seymur Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO