Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsidə yerləşən marketlərdən birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, içərisində 10 362 manat məbləğ olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.
Binəqədi rayonu Polis İdarəsinin əməkdaşlarını həyata keçirdikləri əməliyyat nəticəsində, ödəmə terminalını oğurlamaqda şüphəli bilinən Salyan rayon sakinləri: əvvəllər məhkum olmuş, 1986-cı il təvəllüdlü Namiq Alxanov və 1986-cı il təvəllüdlü Miri Fətiyev saxlanılıb.
Araşdırmalar zamanı bu şəxslərin Bakı şəhərinin müxtəlif yerlərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəmə terminallarından oğurluq etdikləri ortaya çıxıb.
Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.