Azərbaycan İdeyası

Göyçayda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub

Tarix:24-08-2024, 08:10
Baxış Sayı:4

 

Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə” açılması təmin edilib.


Belə ki, avqustun 20-də 1987-ci il təvəllüdlü Ramin Malxasov odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb. 


Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  


Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub. 


Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO