Azərbaycan İdeyası

25 yaşlı gənc oğlan 5 ailə üzvünü amansızlıqla qətlə yetirdi - VİDEO

Tarix:13-02-2024, 22:00
Baxış Sayı:12

 

Bakıda ailə faciəsi yaşanıb. 25 yaşlı Əhməd Əhmədovun ata, ana, bacı, bacısının övladı və azyaşlı qardaşını qətlə yetirdiyi bildirilir.

Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir. Ailənin böyük oğlu 1999-cu il təvəllüdlü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.

Oğlu tərəfindən qətlə yetirilən 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı 59 saylı tam orta məktəbin direktoru olub.

Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun həyat yoldaşı işlə əlaqədar Rusiyada yaşayıb.

Yaxınlarının verdiyi məlumata görə, Əhməd Əhmədovun ciddi psixoloji problemləri olub. İddialara görə, ailə üzvləri onun xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar.

Bildirilib ki, Əhməd Əhmədov ana, atasını və qardaşını öldürməzdən əvvəl bacısı ilə onun azyaşlı övladını qətlə yetirib. Əhmədin bacısı ilə uşağının başını kəsdiyi bildirilir. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO