"Gediş haqqı üçün əlavə 3 manat istəyir, deyirsən ki axı məbləğ bu deyil, deyir ki, yol dərə təpə idi o məbləğlə bu qədər yolu gəlmək olmaz"
Son zamanlarda ölkə ərazisində artmaqda olan taksilər günlük həyatımızı asanlaşdırsa da bərabərində bir çox problem də gətirir.
Bu barədə şikayətlərini Azərbaycan İdeyasına bildirən vətəndaşlar deyirlər ki, taksi sifarişi edirik ki, tez gedək çataq, taksi də gəlmək bilmir, ya da gəlsə də düzgün ünvana gəlmir, başqa ünvana gedir buna görə də sürücü vətəndaşı günahlandırır. Və yaxud yollar dərə-təpədir və belə bir yola taksi sifariş edilib deyə bütün yolu ya deyinirlər, ya da ki, heç gəlmirlər, ən dəhşətlisi də budur ki, bəzi taksi sürücüləri hətta narkotik vasitənin təsiri altında sükan arxasına keçirlər. Saymaqla bitməyən şikayətlər sırasında birdə yolun narahatlığı səbəbindən sürücülərin sifariş zamanı qeyd edilən məbləğin üzərinə 1, 2 bəzən hətta 3, 5 manat əlavə etməkləri də qeyd edilir.
Vətəndaşların şikayətlərinin açıq-aydın oratada olduğu halda, bəs hər gün yenisi yaranan taksi şirkətləri niyə bir tədbir görmür?