Dövlət Miqrasiya Xidmətinin(DMX) rəisi Vüsal Hacıyev vətəndaşları ikili vətəndaşlıqla bağlı ən çox maraqlandıran sualları cavablayıb.
O, bildirib ki, "İkili vəya üçlü vətəndaşlığının olmağı azərbaycan vətəndaşı olan şəxs üçün bir maneə yaratmır. O hansı ölkə vətəndaşı olursa olsun, Azərbaycan Respublikasının Qanunvericiliyi onun Azərbaycan Respublikası vətəndaşı olmasını əsas götürür."
Vüsal Hacıyev qeyd edib ki, "Həmin şəxs ünvana qeydiyyata düşmə, əcnəbi kimi yaşamaq icazəsi alma, əcnəbi kimi sənədləşmə işlərində iştirak edə bilməz. Sadəcə hər hansı şəxs digər bir ölkə vətəndaşlığı qəbul edibsə 1ay müddətində Dövlət Miqrasiya Xidmətinə(DMX) məlumat verməlidir. Məlumat vermək istəyən şəxs bunu onlayn qaydada asan üsulla həll edə bilər.",-deyə DMX-nın rəisi bildirib.