Azərbaycanda ailə başçısını itirmiş ailələrə uşaq pulu bərpa edilə bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında bildirib ki, ümumiyyətlə uşaq pulu məsələsinə indiki halda hökumətin yanaşması ictimai tələblə uzlaşmır:
"Uşaqpulunun geri qaytarılması ən azından gələcək üçün mümkünsüz görünür. Amma nəzərə almaq lazımdır ki, ailə başçısını itirmiş və müəyyən az gəlirli həssas sosial qruplar üçün müxtəlif mexanizmlər vasitəsilə müəyyən ödənişlər edilir. Bununla yanaşı, sosial müavinətlər verilir. Bura həm ünvanlı sosial yardım mexanizmindən istifadəni, həm də ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini nümunə göstərmək olar. O cümlədən 18-23 yaşına çatmamış və ali təhsil alan övladları olan ailələrə münasibətdə sosial müavinətin göstərilməlisini aid etmək olar".
Çoxuşaqlı ailələrə uşaqpulu verilməsi barədə isə Vüqar Bayramov danışıb. O bildirib ki, "Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər. Çox uşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir. Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bu baxımdan, 3-dən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsinin maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı".