"Cənubi Qafqaz Avropa üçün maraqlı bir bölgədir, hal-hazırda və bu marağın əsl səbəblərindən biri də iqtisadi səbəblərdir.
Konfliktdən sonra burada sülh və əmin-amanlıq təmin olunacaq mı? Bunun üçün bizə etimad və inam lazımdır.
Bu məsələlər haqqında da biz bugün çox intensiv danışıqlar apardıq. Bizim bu regionda sülhə ehtiyacımız var. Bu sülhə azərbaycanlıların, ermənilərin və hamının ehtiyacı var. Ardıcıl sülh prosesi həm də Azərbaycanın maraq dairəsindədir. Almaniya və Avropa Birliyi hər 2 ölkəni sülh yolunda dəstəkləməyə hazırdır.
Biz istəyirik ki, Azərbaycana minadan təmizlənmə prosesində dəstək olaq və konsultasiya xidmətləri təklif edək ki, orada yenidən uşaqlar oynaya bilsinlər və insanlar yenidən sülh şəraitində yaşaya bilsinlər."
Bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.