"Şuşi" yox! Şuşa. "Stepanakert" yox! Xankəndi.
Almaniya Federativ Respublikasının xarici işlər Naziri Annalena Berbokun Azərbaycan-Almaniya birgə mətbuat konfransında "Şuşi" və "Stepanakert" adlarını istifadə etməsi, Azərbaycan Respublikasının xarici işlər Naziri Ceyhun Bayramov tərəfindən sərt reaksiya ilə qarşılandı.
Ceyhun Bayramov almaniyalı həmkarından Şuşa və Xankəndinin adlarını düzgün ifadə etməsini tələb edərək, qondarma rejimin "Şuşi" və "Stepanakert" adlarına etirazını bildirdi.