Bu gün Ağdamın "Qarabağ" komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşır.
Azərbaycan İdeyası axşam.az-a istinadən xəbər verir ki, bir çox incəsənət nümayəndələri də oyunu izləmək üçün Xankəndiyə yollanıb.
Xankəndidə olanlar arasında müğənni Elnarə Xəlilova, aparıcılar Samirə Mustafayeva və Vüsalə Məmmədova yer alıblar. Onlar fotolarını sosial şəbəkədə paylaşıblar.