Bugün Xankəndidə Qarabağ-MOİK matçı baş tutub.
Turnirin 1/8 final mərhələsində “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşıb. Matçdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edərək tərəfdarları "Xankəndiyə xoş gəlmisiniz!" deyə salamlayıb. Bundan sonra şəhid övladları və ailələrini məxsusi ilə salamlayan İlham Əliyev, onları alqışlayıb və stadiondan "Şəhidlər ölməz,Vətən bölünməz!" nidaları yüksəlib.