Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün Qazaxıstan Respublikasında səfərdə olub. Onun səfər səbəbi "Türk Əsri" çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak olub.
Bu gün - noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gəlib.
Azərbaycan İdeyası xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçımızın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıb.