Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin(AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Nazirlikdən verilən məlumata əsasən sabahdan etibarən 18 yaşına çatmayan şəxslər də yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet ala biləcəklər.
Bilet almaq üçün vətəndaşlar müvafiq xanalara şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları daxil etməlidirlər. Onu da vurğulayaq ki, hər bir bilet ancaq şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən şəxs tərəfindən istifadə edilə bilər. Biletin başqa şəxs tərəfindən istifadəedilməsi qeyri-mümkündür.
Xatırladaq ki, Ağdam və Şuşa şəhərlərinə ilk müntəzəm avtobus marşurutları 24 yanvar 2022-ci ildə yola çıxıb. Ümumilikdə 627 reys baş tutub. 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.