Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.
“Azərbaycan İdeyası” xəbər verir ki, Prezident İlham Əliyev Almaniya kanslerinin ofisinə gələn zaman Almaniyada yaşayan azərbaycanlılar dövlət başçımızı “Yaşasın Ali Baş Komandan” şüarı ilə qarşılayıblar. Həmçinin qarşılama zamanı Azərbaycan bayrağı dalğalandırılıb.