Azərbaycan İdeyası

Bakıda havaya tüstü yayan zavodun məsul şəxsi cərimələndi

Tarix:16-08-2024, 18:30
Baxış Sayı:0

 

Sabunçu rayonunda fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntü Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Xidmət rəsmisi Qafar Ağayev “Aİ”-yə bildirib ki, araşdırma zamanı həmin müəssisənin “17 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodu olduğu müəyyən edilib. Zavodda təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya tüstünün yayıldığı məlum olub.


Faktla bağlı MMC-yə məsul şəxs Elşad Həsənov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, filtrlərin vaxtında dəyişdirilməsi üçün məcburi göstəriş verilib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO