Azərbaycan İdeyası

Ermənistan ilk olaraq bu 4 kəndi qaytaracaq - VİDEO

Tarix:9-03-2024, 18:00
Baxış Sayı:5

 

“İlk mərhələdə 4 kənd, daha sonra isə Tavuş və Kərki kəndləri Azərbaycana veriləcək”.


Ötən həftə parlamentdə keçirdiyi qapalı toplantıda baş nazir Nikol Paşinyan Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. 


Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs-Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndlərindən gedir.


Xatırladaq ki, hazırda Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, eləcə də Naxçıvanın Kərki kəndi erməni işğalı altındadır.


Ermənistan fraksiyasının üzvü Qarnik Danielyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın tələblərini təmin etmək və tədricən müəyyən əraziləri geri qaytarmaq niyyətindədir. 


“Birinci mərhələdə 4 kəndi, sonra isə qalanını – Tavuş vilayətinin 7 kəndini və Kərkini təhvil verəcəklər. Nəticədə Lori vilayəti sərhəd bölgəsinə çevriləcək”.


Danielyan əlavə edib ki, Tavuş Azərbaycana təhvil verilsə, Ermənistan strateji təhlükələrlə üzləşəcək. 


“2020-ci il müharibəsindən sonra Azərbaycan tərəfi Tavuşa hücum etməyib. İndi bu vilayətin verilməsi nəticəsində Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq. Digər tərəfdən, Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir. Beləliklə, Rusiyadan gələn qaz xətti Azərbaycanın nəzarətində olacaq. Nəticədə Ermənistan unikal anklava çevriləcək”, – Qarnik Danielyan vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO