Azərbaycan İdeyası

NİKOL PAŞİNYAN ÜÇTƏRƏFLİ MÜQAVİLƏNİN 9-CU BƏNDİNİ LƏĞV ETMƏYƏ ÇALIŞIR

Tarix:1-11-2023, 16:30
Baxış Sayı:4

Ermənistanın Baş Naziri Nikol Paşinyan 

Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Bir neçə ay əvvəl Nikol Paşinyan sədri olduğu partiyanın üzvlərinə kommunikasiyaların açılması prosesini müəyyən edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bəyan edib”, – deyə məlumatda bildirilib.

Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır.

“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan başqa, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun əsas vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin keçidi daxildir”, – deyə məqalədə Nikol Paşinyanın sözlərindən sitat gətirilib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın 9-cu bəndinə əsasən Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir.

OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər