Azərbaycan İdeyası

MİSİR YARALILARIN VƏ ƏCNƏBİLƏRİN KEÇMƏSİ ÜÇÜN RƏFAH QAPISINI AÇIB-VİDEO

Tarix:1-11-2023, 15:00
Baxış Sayı:2

Misir ilə Qəzza sərhəddi Rəfah Qapısı 

Misir yaralıların və əcnəbilərin keçməsi üçün Rəfah Sərhəd Qapısını açıb. Bölgədən gələn görüntülərdə təcili yardım maşınlarının sərhəd qapısından keçdiyi görünür.

Fələstinin rəsmi agentliyi olan WAFA-da yer alan xəbərə görə, 450 xarici vətəndaş və ikili vətəndaşlığı olan fələstinli Misirə keçmək üçün Rəfah Sərhəd Qapısına gəlib.

Misirə keçəcək şəxslər arasında beynəlxalq təşkilatlarda çalışanlar, həmçinin Qəzza zolağında qapalı qalan əcnəbi və ikili vətəndaşlar da var.

Rəfah Sərhəd Qapısı Qətərin vasitəçiliyi və ABŞ-ın koordinasiyası ilə əldə edilən razılaşma çərçivəsində məhdud şəkildə açılıb. Bunun ardınca yaralıları daşımaq üçün Misirdən Qəzzaya təcili yardım maşınları daxil olub.

Misir səhiyyə rəsmilərinin bildirdiyinə görə, Qəzza sərhədinə yaxın bir nöqtədə Şimali Sinayın Şeyx Zuveyd qəsəbəsində xəstə və yaralı fələstinlilər üçün səhra xəstəxanası yaradılıb. Digər tərəfdən, oktyabrın 7-dən bu yana Misirlə Qəzza zolağının yeganə sərhəd qapısı olan Rəfahdan yalnız humanitar yardım materialları daşıyan avtomobillərin keçməsinə icazə verilib.

Sərhəd qapısının nə qədər açıq qalacağı məlum deyil.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO