Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aviasiya Haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Həmin sənəd 15 fəsil və 68 maddədən ibarətdir və qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.
Hazırda Respublikamızda 2005-ci ildə qəbul edilmiş "Aviasiya Haqqında" qanun qüvvədədir. 2005-ci ildən günümüzə qədər avasiya sahəsində baş verən böyük texnoloji yeniliklər eyni zamanda bu sahədə geniş miqyaslı tənzimləməyə ehtiyac, yeni qanunun qəbul edilməsini şərait yaradıb.