Azərbaycan İdeyası

ŞAİR ƏSƏDULLAYEV MAİS (MAİS TƏMKİN) HAQQINDA - VİDEO

Tarix:13-11-2023, 20:00
Baxış Sayı:111

 

Əsədullayev Mais Əsəd oğlu digər adı ilə Mais Təmkin 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində anadan olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışlara başlamışdır.

İlk şeirlər toplusu olan “Bu gecə ulduzlar yaman seyrəlib” kitabı 2003-cü ildə işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılmış, müsabiqənin qaliblərindən olmuşdur. Bu səbəblə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomuna və mükafatına layiq görülmüşdür.

31 Mart soyqırımına həsr olunmuş "Əbədi xatirəyə ədəbi baxış" müsabiqəsinin qalibi olmuş və həmin müsabiqədə "Əsrin Ziyalıları" fəxri diplomu ilə təltif edilmişdir. 2019-cu ildə AYTV kanalının keçirdiyi sorğuya görə "İlin şairi" elan olunmuş və xüsusi fəxri diplomla da təltif olunmuşdur. Həmçinin, Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Cahana Sığmazam" almanaxında çap olunan şeirlərinə görə "Nəsimi Poeziya Diplomu"-na sahib olmuşdur. "Qızıl Qələm" və "İlhamlı Günlərin Nəğməsi" kitablarına görə "Azərbaycan Bayrağı" media mükafatı laureatı, 2020-ci ildə "İlhamlı Azərbaycan" sinə nişanına, 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə "Heydər Zirvəsi"medalına və Qafqaz Media İctimai Birliyinin təsis etdiyi "Xarı Bülbül" medalına layiq görülmüşdür.

Mais Əsədullayev eyni zamanda “Azad Təfəkkür” qəzetinin əməkdaşı və “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin “Cənub ədəbiyyatı” bölməsinin əməkdaşıdır. 2016-cı ilin oktyabrından Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2021-ci ilin may ayından isə Prezident Mükafatına layiq görülmüşdür.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO