Azərbaycan İdeyası

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - VİDEO

Tarix:8-05-2024, 13:30
Baxış Sayı:11

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Müşfiq İlyas oğlu Cəfərovla Lerik rayonunun Monidigah kəndində keçirilən vida mərasimi başa çatıb.

"Aİ"-nin məlumatına görə, şəhidin nəşi Monidigah kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Müşfiq İlyas oğlu Cəfərov 1974-cü il aprelin 13-də anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşüb.


OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər