Azərbaycan İdeyası

4 ildir itkin kimi axtarılırdı, atası öldürüb həyətə basdırıbmış - VİDEO

Tarix:22-02-2024, 17:30
Baxış Sayı:1

 

Ağdamda 4 il əvvəl itkin düşən 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın atası tərəfindən qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

“Azərbaycan İdeyası” xəbər verir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib.

Məlumatla əlaqədar ailənin yaşadığı İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda araşdırma və axtarışlar davam etdirilir.

Ağdamda 4 ildir itkin düşən 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının atası tərəfindən öldürülməsi və meyitinin bu gün tapılması barədə məlumat yayıb. Lakin sonradan Nübar Nəcəfovanın sağ olması, onun böyük bacısı, 1996-cı il təvəllüdlü Nərgizin itkin düşmüş şəxs kimi axtarılması dəqiqləşib.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO