“Crocus City Hall”un konsert zalı yenidən fəaliyyət göstərəcək.
“Azərbaycan İdeyası” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, “Crocus City Hall”un sahibi olan “Crocus International” şirkəti konsert zalını yenidən bərpa edəcək.
Konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5 - 11,4 milyard rubl ( təqribən 175 750 000 – 210 900 000 AZN) arasında qiymətləndirilə bilər.
Xatırladaq ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 152 nəfər yaralanıb.