İsrail və Fələstin arasında qarşılıqlı toqquşmalar oktyabrın 7-də səhər saatlarında başlayıb...
Qəzzadan İsrailə doğru minlərlə roket atılarkən kabinet iclası keçirən İsrail "müharibə vəziyyəti"nə keçdiklərini açıqlayıb.
Fələstinin hücumları və bəzi İsrail vətəndaşlarının əsir alınmasından sonra kritik nöqtələrin ələ keçirilməsi ilə bağlı hərəkətə keçən İsrail, faktiki olaraq Qəzzanı mühasirəyə aldı.
Qəzzaya hava hücumu həyata keçirən və xəstəxananı bombalayaraq hərbi cinayət törədən İsrail bölgədəki bütün xəstəxanaların boşaldılmasını tələb edib.
Qəzzaya quru əməliyyatına başlamaq üçün hazırlıqlarını davam etdirən İsrailin hücumlarında ölənlərin sayı artır.
Fələstin Səhiyyə Nazirliyindən son vəziyyət açıqlaması.
İsrailin hücumlarında 4 min 137 Qəzzalı həyatını itirdi. İsrail Qəzzadakı Qüds xəstəxanasının dərhal boşaldılmasını tələb edib. Fələstindən təcili müdaxilə çağırışı gəldi.
Bu arada İsrail Rəfah Sərhəd Qapısının saat 10:00-da açılacağını açıqlayıb. Bu gün Qahirədə Türkiyənin iştirakı ilə sülh sammiti keçiriləcək.
5 min 500 bina tamamilə dağılıb
HƏMAS-a bağlı hökumətin Media Ofisinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında İsrailin hücumlarının vurduğu ziyanla bağlı məlumat verib.
Maruf hücumlarda 14 min 200 yaşayış yerindən ibarət 5 min 500 binanın tamamilə dağıdıldığını, 62 ictimai bina və 133 min 370 yaşayış binasının qismən zədələndiyini, onlardan 10 min 127-nin yaşayış üçün yararsız olduğunu qeyd edib.
Media Ofisindən verilən yazılı açıqlamada İsrailin təhsil müəssisələrinə hücumları nəticəsində 160 məktəbin zərər gördüyü, 19-unun isə xidmətdən kənar qaldığı bildirilib.
16 jurnalist həyatını itirib.
IFJ-nin internet saytından verilən yazılı açıqlama ilə öldürülən jurnalistlərin sayı yenilənib.
Açıqlamada, "Həmas ilə İsrail arasında Qəzzada davam edən qarşıdurmalarda indiyədək 16 jurnalistin öldürüldüyü, çoxlu sayda jurnalistin yaralandığı və itkin düşdüyü" bildirilib.
Həyatını itirən jurnalistlərin “Məhəmməd Əli, Xəlil Əbu Əzirə, Semih ən-Nadi, İsam Behar, Məhəmməd Bəluşe, Əbdülhadi Həbib, Husam Mübarək, Əhməd Şihab, Məhəmməd Fayiz Yusuf Əbu Mətar, Səid əl-Tavil, Məhəmməd Sübh, Hişam en-Nawajiha, Əsəd Şamleh, Muhammed es-Salihi, İbrahim Lafi və Muhammed Cerun" olduqları açıqlandı.
Açıqlamada bir jurnalist və fotomüxbirdən xəbər olmadığı bildirilib.
IFJ, həmçinin bu sahədə çalışan jurnalistləri “lazımi tədbir görməyə, təhlükəsizlik ləvazimatları geyinməyə və çalışdıqları media qurumları onlara bu avadanlıqları verənə qədər sahəyə getməməyə” çağırıb.
Əvvəlki açıqlamalarda İsrailin hücumlarında 13 jurnalistin öldüyü bildirilirdi.