Azərbaycan İdeyası

İSRAİL QƏZZADAKİ QÜDS XƏSTƏXANASINI BOMBARDMAN ETMƏKLƏ TƏHTİD ETDİ

Tarix:20-10-2023, 22:30
Baxış Sayı:1

 

İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına 17 Oktyabrda həyata keçirtdiyi hücumda 471 nəfər həlak olmuş, 28'i ağır 342 nəfər də yaralanmışdı. 


Bildirilib ki, İsrail də bombardmana hazırlıq üçün blokadada olan Qəzzanın cənubunda yerləşən Qüds Xəstəxanasının dərhal boşaldılmasını istəyir. 


Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, Qəzzanın cənubunda yerləşən Qüds Xəstəxanasının bombalanacağı ilə bağlı İsrail işğalçı qüvvələri tərəfindən təhdid edildiyi bildirilib. 


Bir situasiyada mövcuddur ki; xəstəxanaya sığınan 12 min insan var. 


Qeyd olunub ki, İsrail ordusu 400-dən çox xəstə və 12 min insanın sığındığı Qüds xəstəxanasının təcili boşaldılmasını tələb edib. 


Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasında törədilən qətliama istinad edilən açıqlamada, yeni bir qətliamın qarşısını almaq üçün dünyaya təcili müdaxilə çağırışı edilib. 


Eyni zamanda məktəblər də təhlükədədir. 


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin 5 məktəbə "Mümkün qədər tez boşaldın" xəbərdarlığı etdiyini açıqlayıb.

Bəyanatda bütün məktəblərin Qəzzada olduğu ifadə edilərək, "Bu qərara etiraz etmək və rədd etmək üçün əlimizdən gələni etdik. Ancaq bu, obyektlərin artıq təhlükəsiz olmadığı mənasına gəlir."

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki paylaşımında Qüds Xəstəxanasının boşaldılması ilə bağlı narahatedici xəbər aldıqlarını bildirib. 


Qebreyesus, "ÜST-nin dəfələrlə vurğuladığı kimi, həddindən artıq sıx olan bu xəstəxanaların xəstələri təhlükəsiz şəkildə evakuasiya etməsi mümkün deyil. Xəstəxanaların həyat xilasetmə funksiyalarını yerinə yetirməsinə icazə verilməlidir. Xəstəxanalar qorunmalıdır" deyib. 


ÜST-nin Şərqi Aralıq dənizi Regional Ofisi də yazıda Qüds Xəstəxanasının boşaldılması tələbi ilə bağlı narahatedici xəbərlərin olduğunu bildirib. 


Yazıda "Xəstəxananın içərisində xəstə və yaralılar, tibb işçiləri var. Xəstəxananın yerləşdiyi ərazidə yüzlərlə insan, əsasən də qadın və uşaqlar sığınacaq axtarır. Səhiyyə xidmətinin müqəddəsliyinə hər zaman hörmət edilməlidir. " 


Fələstindən hərəkətə çağırış. 


Fələstinin Səhiyyə naziri Mey əl-Keyle İsrailin Qüds Xəstəxanasının təcili boşaldılmasını tələb etməsindən sonra yazılı açıqlama ilə beynəlxalq ictimaiyyətə müraciət edib. 


Qüds Xəstəxanasında hal-hazırda 400 xəstə və İsrailin hücumlarından xilas olmaq üçün buraya sığınan təxminən 12 min mülki vətəndaşa ev sahibliyi etdiyini qeyd edən Keyle, İsrail səlahiyyətlilərinin Fələstin Qızıl Aypara Cəmiyyətini xəstəxananı boşaltmaları üçün xəbərdar etdiyini xatırladıb. 


Keyle, "Beynəlxalq ictimaiyyət 500-ə yaxın fələstinlinin öldürüldüyü Əl-Əhli Baptist Xəstəxanasına bənzər faciənin qarşısını almaq üçün sürətlə hərəkətə keçməlidir" dedi.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO