Azərbaycan İdeyası

HƏR QARIŞI AZƏRBAYCANIN OLAN BİR ZƏFƏR GÜNÜNDƏYİK BU İL

Tarix:8-11-2023, 00:02
Baxış Sayı:19

 

Artıq hər qarışı azad, hər qarışı bizim, hər qarışı Azərbaycanın olan bir Zəfər Günündəyik bu il. 


31 il çəkən həsrətimiz var idi o torpaqlara. Sıldırım qayasına, daşına, torpağına, yol kənarındaki çiçəklərinə, havasına ən əsası "yurdum" kəliməsinə həsrətimizə vardı. Ciyərimizi, qəlbimizi damğalayan bir həsrət idi bu hansı ki, Qarabağ həsrəti.


Bu il, azad Qarabağın, bitən həsrətimizin sevinci ilə Zəfər Gününü qeyd edirik.


Bu il tamamıq, bu il qartal tamamlanıb.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olundu.


  2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.


Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyedə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.


Zəfər Günün mübarək, ey Azərbaycan!

OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər