Laçının azad olunması xəbərini 3 il əvvəl general-mayor Kənan Seyidovun prezident İlham Əliyevə məhz, bu məruzəsi sayəsində almışdıq. Və bugün Qarabağına qovuşmuş Azərbaycanın Zəfər Günüdə "Zəfər Yürüyüşü" Laçın şəhərində də keçirildi.
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub. İlk olaraq Dövlət Himni səsləndirililən tədbirdə daha sonra yürüyüş başlayıb.
“Bayraq meydanı”-ndan start götürən yürüyüşdə hərbçilər, Laçın sakinləri hərbi orkestrin müşayiəti ilə Laçın şəhərinin “Seyrəngah” adlı ərazisinə qədər yürüş ediblər.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bu gün həmçinin Bakıda, Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunur.